Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azər Türk Bankın birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına səfəri təşkil olunub.
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları və Agentliyin tabeliyində olan Uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin cəlb olunduğu tədbirdə “Ağca və yeddi cırtdan” iki pərdəli baleti nümayiş olunub.
Tədbir azyaşlıların marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.
Məqsəd həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.