AZ

Xulian Alvares penaltidən vurduğu qolun qeydə alınmamasına münasibət bildirdi

"Atletiko Madrid"in hücumçusu Xulian Alvares Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında - "Real Madrid"lə ev oyununda (0:1, penaltilər 4:2) penalti seriyasında vurduğu qolun ləğv olunmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Marca" ayağı topa iki dəfə toxunduğu üçün qolu qeydə alınmayan argentinalı forvardın dediyini belə çatdırıb:

"Mən topa toxunduğumu hiss etmədim".

Xatırladaq ki, tərəflərin ilk dueli "Kral klubu"nun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. "Real" 1/4 finalda "Arsenal" ilə üz-üzə gələcək.

Nihat

Seçilən
6
fanat.az

1Mənbələr