AZ

​“Fənərbaxça”ya böyük təklif -

“Fənərbaxça” rəhbərliyi Avropadan bir çox komandanın maraqlandığı Yusuf Akçiçeklə razılığa gəlib. Metbuat.az xəbər verir ki, təkliflərə baxmayaraq, Joze Mourinyo futbolçunun klubda qalmasına qərar verib. Məlumata görə, “Fənərbaxça” Avropa nəhənglərinin gündəmində olan Yusuf Akçiçekin maaşını 1 milyon lirədən 10 milyon lirəyə qaldırıb. Həmçinin, “Fənərbaxça” Yusuf Akçiçekin transfer qiymətini də müəyyən edib. "Sabah" qəzetinin məlumatına görə, futbolçunu istəyən klub azı 40 milyon avro transfer haqqı ödəməlidir. Bildirilir ki, transfer bu rəqəmə reallaşarsa, Yusuf Akçiçek Arda Turanın rekordunu keçəcək. Arda Turan 34 milyon avroya transfer olmuşdu.

Qeyd edək ki, “Fənərbaxça” tərəfi Yusuf Akçiçek üçün 20 milyon avroluq təklif aldığını açıqlamışdı. Bu mövsüm 15 matçda forma geyinən futbolçu 850 dəqiqə meydanda qalıb.

Seçilən
8
metbuat.az

1Mənbələr