APA-nın xəbərinə görə, bu barədə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən çərçivəsində “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, 2017-ci ildə biz qərar verdik ki, donorların çeşidini artıraq: “Biz bir donordan asılı olmaq istəmirik. ABŞ bu təşkilatda qalıb prosesə dəstək olmalıdır ki, biz donor çeşidini artıraq. COVİD-in idarə edilməsi ilə bağlı biz əlimizdən gələni etmişik. Biz çıxardığımız dərslərə əsasən addımları müəyyənləşdirmişik. Biz dəyərlərimizə uyğun olmayan proseslərdə iştirak etmirik. Prezident Trampın ilk hakimiyyəti zamanı Rusiyaya, Çinə yox dedik. Bizim Çinin ideyalarına qarşı konkret mövqeyimiz var idi. ABŞ ayrılsa, biz büdcəmizin 20%-ni itirəcəyik. Biz ABŞ və digər ölkələrə əməkdaşlıq edib ABŞ-a başa salmağa çalışırıq ki, təşkilatda qalmalıdır”.