AZ

ERMƏNİSTAN SAVAŞA HAZIRLAŞIR? - 3 detal var (TƏHLİL)

Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşması haqda iddialar güclənməkdədir. Bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi iclasda buna eyham vurması diqqət çəkir.

Sual yaranır: Doğrudanmı növbəti müharibəyə hazırlıq gedir?

1. Ötən həftə elan olundu ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək. Bu, 10 həftə davam edəcək;

2. Avropa İttifaqı (Aİ) missiyası sərhəd boyu, xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işlərini intensivləşdirib;

3. Ermənistan son iki ildə hərbi alışlarını kəskin artıraraq, Fransa və Hindistan silahlarına milyardlarla dollar xərcləyib. Həmçinin Aİ də Avropa Sülh Fondu vasitəsilə birbaşa və ya dolayı yolla militarizasiyaya gedən maliyyə töhfələri verməklə prosesdə rol oynayır.

Turan Rzayev

MİA.AZ

Seçilən
2
mia.az

1Mənbələr