AZ

Aysun yenidən evlənəcək? - "İstəyirəm ki..."

Müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, ifaçı  “Həmin Zaur” verilişində evli kişi ilə heç vaxt münasibət yaşamayacağını deyib:

 

“Ümumiyyətlə, aşırı qısqanc insanam və heç vaxt kiminsə yarına göz qoya bilmərəm, çünki onu bölüşə bilmərəm. Mənim olan sadəcə mənim olmalıdır və onu heç kimlə bölüşə bilmərəm. İndiyə qədər belə bir şey yaşamamışam. İnşallah, Allah da məni belə bir vəziyyətlə üz-üzə qoymaz. Mən heç vaxt evli kişini qəbul etmərəm, çünki mən ailə qadınıyam. Həmişə istəyirəm ki, öz ailəm olsun, bunu da hər kəs bilir. Mən kimlərləsə bir neçə günlük sevgili olub sonra ayrılmağı həyat hesab etmirəm. Bu, mənim üçün doğru yaşam tərzi deyil.”

 

Qeyd edək ki, Aysun iki dəfə evli olub, ayrılıb.

 

Firuzə Əliyeva

Seçilən
3
sfera.az

1Mənbələr