AZ

IFC SECO ilə birlikdə Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsinin artırılmasına başlayır

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korperasiyası (IFC) İsveçrənin İqtisadiMəsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Azərbaycandakənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarınıartırmaq üçün dörd illik məsləhət layihəsinə başlayır.

Trend-ə bubarədə IFC-dən məlumat verilib.

Bildirilib ki, IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsifermerlərin və aqrobizneslərin üzləşdiyi mühüm maliyyə maneələriniaradan qaldırmağa və bununla da məhsuldarlığı artırmağaçalışır.

Kənd təsərrüfatı Azərbaycanda əhalinin 37 faizini işlə təminedən, lakin ÜDM-ə cəmi 5,5 faizi pay verən mühüm sahədir. Sektoruninkişafı və yüksək keyfiyyətli işlər üçün əsas problemlərdən birigirovların kifayət etməməsi və kənd təsərrüfatı kreditləşməsi iləbağlı riskinlərin yüksək olması təəsüratından irəli gələn maliyyəyəməhdud çıxışdır.

Bu problemləri həll etmək üçün IFC-nin Məhsul və AnbarŞəhadətnamələri Layihəsi həm məhsul yığımından əvvəl, həm dəyığımdan sonrakı mərhələdə maliyyə vəsaitlərinə çıxışıyaxşılaşdırmaq üçün nəzərdə tutulmuş innovativ maliyyə alətlərinitəqdim edəcək. Bu yeni alətlər kənd təsərrüfatının riks profilinədəstək verəcək, habelə maliyyə təşkilatlarının fermerləri vəaqrobiznesləri kreditləşdirməsinin həcmini artırmağa imkanverəcəkdir.

Alətlərlə bağlı, məhsul şəhadətnamələri fermerlərə əvvəlcədənyığılmış məhsullardan girov kimi istifadə etməyə imkan verir,yüksək keyfiyyətli toxum, gübrə və digər vəsaitlərin alınması üçünkapitala çıxışı asanlaşdırır. Bu, nəinki məhsuldarlığı artırır, həmdə kreditorlar üçün müştəri bazasını genişləndirir.

Anbar şəhadətnamələri isə fermerlərə yığılmış məhsuldankreditlər üçün girov kimi istifadə etmək və ya anbaraçatdırıldıqdan sonra ödəniş almaq imkanı verir; bununla da məhsulyığımından sonrakı maliyyələşdirmə həllini təmin etmiş olur.

Rəqəmsal məhsul və anbar şəhadətnamələri maliyyə inklüzivliyinivə dayanıqlığını artırmaq potensialına malikdir, lakin miqyasınıgenişləndirmək üçün dəstəkləyici tənzimləyici çərçivələr tələbedir.

IFC-nin fəaliyyəti bu yeni maliyyə alətləri üçün qanunvericilik,tənzimləmə və siyasət çərçivəsinin formalaşması, o cümlədən onlarınrəqəmsallaşdırılmasını ehtiva edəcəkdir. Tələb olunanqanunvericilik və qaydalar təsdiq edildikdən sonra diqqət maliyyəsektorunun və fermerlərin potensialının artırılmasına yönəldiləcək.Bura dəyər zəncirinin maliyyələşdirilməsi üçün məhsul və anbarşəhadətnamələrindən istifadə edən biznes modellərinin inkişafıdaxildir. Məhsul və anbar şəhadətnamələrini səmərəli maliyyəalətləri kimi tanıtmaq üçün ictimai maarifləndirmə təşəbbüsləri dəhəyata keçiriləcək.

Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. Həmin tarixdən IFCölkəyə təxminən 900 milyon ABŞ dolları həcmində investisiya qoyub,maliyyə xidmətləri, infrastruktur və istehsal üzrə 60-a yaxınlayihəni maliyyələşdirib. Həmçinin biznes mühitininyaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporatividarəetmənin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın, eləcədə aqrobiznes sektorunun gücləndirilməsi ilə bağlı məsləhətlayihələri icra edilib.

Seçilən
1
4
az.trend.az

5Mənbələr