Milli Basketbol Assosiasiyasında (NBA) çıxış etmiş Oliver Miller vəfat edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dən olan sabiq oyunçu 54 yaşında həyatını itirib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Oliver Miller NBA-da "Detroyt", "Toronto" və "Dallas" kimi komandaların formasını geyinib.