Zaqatalada yol qəzası baş verib...
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb.
Bir neçə nəfərin isə yaralandığı bildirilir. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info