AZ

Dieqo Simeone: “Real”a qarşı bacardığımız hər şeyi etdik”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, səfərdəki ilk oyunda 0:1 hesabı ilə məğlub olmuş “döşəkçilər”, cavab oyununda eynihesablı qələbə sayəsində oyunu penaltilər silsiləsinə daşısalar da, burada 2:4 hesablı acı məğlubiyyətə üzülüblər.

Dieqo Simeone maçtdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Əlbəttə, mübarizəni dayandırdığımız üçün hamı pərişandır. Hər kəs finalda oynamaq istərdi. Amma komanda hər şeyi verdi. Yatmaq üçün iki üsulumuz var: ya düşünməliyik ki, biz pis oynadıq və etməli olduğumuzu etmədik, ya da öz-özünə demək ki: “Mən bacardığım hər şeyi etdim”. Bu komanda isə hər şeyi etdi.

Azarkeşlərimiz dünən bizimlə idilər, bu gün bizi dəstəklədilər. Bu, gözəl bir gün idi. Bəli, biz mərhələni adlaya bilmədik, amma mən sakitəm. Bəli, olsun ki, biz Çempionlar Liqasında “Real”ı məğlub edə bilmədik, amma onlar hər dəfə əzab-əziyyət çəkdilər. Onlar qələbə sevinci ilə çıxıb gedəcəklər, amma həm də biləcəklər ki, onlara bizimlə heç də həmişə asan deyil”, – AS dərgisi “El-Çolo” ləqəbli argentinalı mütəxəssisdən sitat gətirir.

Beləliklə “Atletiko” Çempionlar Liqasının cari mövsümündəki çıxışını başa vurub. 1/4 finala adlamış “Real” isə burada “Arsenal”la qarşılaşacaq.

Seçilən
1
arena.az

1Mənbələr