AZ

Zaqatalada zəncirvari qəza - Ölən və xəsarət alanlar var

Zaqatalada zəncirvari qəza baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Qax-Zaqatala yolunun Muxax kənd ərazisindən keçən hissəsində qeydəm alınıb. Belə ki, hərəkətdə olan  "Niva", Mersedes" və "İnkasator" markalı avtomobillər toqquşub. Hadisə zamanı "Niva"nın sürücüsü  hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar isə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli

Seçilən
8
1
unikal.az

2Mənbələr