Bakı. Trend:
Azerbaycan ve Suriya xarici işlər nazirləri arasında telefondanışığı baş tutacaq.
Trend xəbər verir ki, bunu bu gün AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal BakıForumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra özfəaliyyətini bərpa etdi. Çünki zamanında Suriyada Azərbaycansəfirliyi mövcud idi. Daha sonra isə keçmiş Əsəd rejimi tərəfindənAzərbaycana qarşı atılan qeyri-dost addımları fonunda bizimsəfirliyimizin orada fəaliyyəti dayandırılmışdı. Biz yenivəziyyəti, yeni reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətləünsiyyətə keçdik. Bilirsiniz ki, səfirliyin fəaliyyətinin bərpaolunmasından öncə Azərbaycan nümayəndə heyəti Suriyaya səfəretmişdi, görüşlər keçirmişdi. Bizim təmaslarımız davam edir. Artıqilk humanitar yardım ölkəmiz tərəfindən Suriyaya göstərilib. Eynizamanda bir neçə gün bundan öncə Ciddə şəhərində İslam ƏməkdaşlıqTəşkilatı (İƏT) Nazirlər İclasında Suriyanın yenidən İƏT-dəkifəaliyyətinin bərpa olunmasına dair qərar qəbul edilmişdi.Azərbaycan da həmin qərarı dəstəkləmişdi. Yaxın zamanlarda bizimSuriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdətutulub və biz bir sıra məsələləri müzakirə edəcəyik", - obildirib.
Onun sözlərinə görə, Azərbaycan Suriyanın suverenliyini, ərazibütövlüyünü, onun inkişafını dəstəkləyir.
"Bundan sonra da Azərbaycan dövləti humanitar layihələrədəstəyini verəcək. Eyni zamanda həm ikitərəfli əsasda, həm dəbeynəlxalq təşkilatlar kontekstində Suriyanın beynəlxalqmünasibətlər sisteminin tamhüquqlu aktoruna çevrilməsi üçün ölkəmizəlindən gələn dəstəyi göstərəcək", - deyə C.Bayramov bildirib.