''Football-plus.az'' xəbər verir ki, karyerasının sonlarını ''Fənərbaxça''da keçirən 37 yaşlı sabiq müdafiəçi bunları deyib:
''Alleqrinin dönəmi ilə müqayisədə Kənan Yıldız indi daha çox oynamaq şansı qazanır. Fikrimcə, ''Yuve'' indi onu rahat şəkildə 70-80 milyon avroya sata bilər. Kənanı 2022-də xatırlayıram. U-19 komandamıza qarşı keçirdiyimiz bir oyunda topu cinahda qəbul edərək çəkinmədən mənim və Danilonun üzərinə gəlirdi. Aldadıcı fəndlər edirdi. Az öncə qeyd etdiyim məbləğə layiqdi. Çünki yaşına görə kifayət qədər yaxşı performans sərgiləyir. Düzdü, ''Yuve'' onu həyətdə saxlaya, gələcəyi onun üzərində də inşa edə bilər. Amma Kənan hələ özünü 100 faiz sübut etməyib və potensialını tam açmayıb. Sözsüz ki, oyunu ilə fanatları həyəcanlandıra bilir. İstedadına söz ola bilməz. Amma məsələn, Lamin Yamalın səviyyəsinə çatması üçün hələ üzərində çox çalışmalı. Həm də bəzən hər şeyi özü həll etmək istəyir. Lazım olan məqamlarda ötürmə vermir. Oyununun bu yönünü də dəyişməlidi''.
ƏLİ