AZ

II Liqa klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XVI turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Dinamo” – “Füzuli” oyununun 38-ci dəqiqəsində “Dinamo” komandasının 44 nömrəli futbolçusu Əli Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

“Dinamo” – “Füzuli” oyununun 80-ci dəqiqəsində “Füzuli” komandasının 23 nömrəli futbolçusu Yusif Cəfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Füzuli” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

“Göygöl” – “Lerik” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 37);

“Hypers Guba” – “Sheki City” oyununun 90+2-ci dəqiqəsində “Hypers Guba” komandasının 55 nömrəli futbolçusu Qeyrət Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Hypers Guba” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

Seçilən
13
1
futbolpress.az

2Mənbələr