AZ

Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdarartisti, beynəlxalq müsabiqə və festivallar laureatı, pianoçu RənaRzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçirilib.

Trend xəbər verir ki, tədbir çərçivəsində Rəna Rzayeva “Nəsillərboyunca" adlı xüsusi konsert proqramı ilə çıxış edib.

Konsertdə ön söz ilə Əməkdar incəsənət xadimi, musiqişünasZümrüd Dadaşzadə çıxış edərək Rəna Rzayevanın həyat vəyaradıcılığından söz açıb.

Bildirib ki, hər konsertin öz təhkiyə xətti olur. Bugünkikonsert də Rəna xanımın yazdığı xatirə kitabı ilə bağlıdır. O, özatasına, uzun illər dövlət vəzifələrində çalışmış, ictimai xadimCəmaləddin Rzayeva ithaf edilmiş kitabdan təkan alaraq bizi maraqlıbir səyahətə dəvət edəcək.

Musiqişünas əlavə edib ki, müəyyən araşdırıcılıq işinin nəticəsiolan kitab da, konsert proqramı da Rəna xanımın bir sıra önəmlikeyfiyyətlərinə, mərdliyinə, yenilik sorağında olmasına dəlalətedir. Proqramda yer alan beş sonata - kitabın əsas fəsillərinə,Cəmaləddin Rzayevin həyatından ayrı-ayrı hadisələrə birillüstrasiya kimi düşünülüb. Müəllif kitabda görkəmli dövlətxadiminin obrazını geniş bir fonda təqdim edir. Kitab yaxşıstrukturlaşdırılıb, bədii təhkiyə adama zövq bəxş edir.

Konsert proqramında Y.Haydn, N.Metner, A. Skryabin, C.Debussi,A.Əlizadə, R. Həsənovanın əsərləri , həmçinin Rüfət Xəlilovun"İlğım" əsəri ilk dəfə səslənib. Qeyd edək ki, Rəna RzayevaAzərbaycan Dövlət Konservatoriyasının məzunudur və 1984-cü ildən2013-cü ilə qədər Azərbaycan Dövlət Filarmoniyasının solistiolmuşdur.

Rəna Rzayeva dünyanın bir çox ölkələrində Avstriya, Almaniya,Hollandiya, İtaliya, İngiltərə, Fransa, İsveçrə, ABŞ, Rusiya,İspaniya, Türkiyə və Misirdə solo konsertlərlə çıxış edib. Onunrepertuarına İ.S.Baxdan başlayaraq müasir bəstəkarlara qədər olanəsərlər daxildir.

Zümrüd Dadaşzadə tanınmış pianoçu haqqında məqalələrindəyazır:

“Rəna Rzayevanın adı musiqi cameəsinə kifayət qədər yaxşıbəllidir. Xatırladım ki, o, Ü.Hacıbəyli adına Azərbaycan DövlətKonservatoriyasını professor Elmira Səfərovanın sinfi üzrəbitirdikdən sonra pianoçu kimi fəal çalışaraq, mütəmadi konsertlərverərək, özünü düşünən, axtarışda olan, bir sıra "ilk"lərə imzaatan musiqiçi kimi tanıtdırıb. Mütəhərriklik, ali zövq, yenimusiqiyə sevgi - bu sözlər onu gözəl səciyyələndirir. O, daim yeniadlar, yeni əsərlər sorağındadır. Bəstəkarlar da ona etibar edir,onun təfsirlərini yüksək dəyərləndirirlər. Yeni Azərbaycanmusiqisini təmsil edənlərin böyük bir hissəsinin - Fərəc Qarayev,Azər Dadaşov, Firəngiz Əlizadə, Cavanşir Quliyev, Rəhilə Həsənova,İsmayıl Hacıbəyov, Salman Qəmbərov, Zaur Fərhadov və neçə-neçəbaşqa müəllifin əsərlərini məhz Rəna xanım - çox zaman ilk dəfə -səsləndirib. Əlbəttə, repertuarında Qara Qarayev, Cövdət Hacıyev,Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə də var. Başqa sözlə,Rəna xanımın yaradıcılığı timsalında Azərbaycan fortepianomusiqisinin inkişaf tarixinin əsas mərhələlərini də izləmək olar.Özü də bəstəkarların bir çoxu öz əsərlərini məhz Rəna Rzayevayaithaf ediblər. Ulf-Diether Soyka - Avstriya bəstəkarının Pianokonserti də məxsusi Rəna xanım üçün yazılıb. Bu, əcnəbi bəstəkarınazərbaycanlı ifaçıya həsr etdiyi ilk əsərdir”.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Rəna
Rəna
Rəna
Rəna
Rəna
Rəna
Rəna
Rəna
Rəna
Seçilən
7
1
az.trend.az

2Mənbələr