AZ

''Qalatasaray'' sabiq ulduzunun ad gününü təbrik etmədi!

Martın 11-də dünya futbolunun tanınmış simalarından olan Didye Droqbanın ad günü oldu.

''Football-plus.az'' xəbər verir ki, sabiq kot d' İvuarlı ulduzun 47 yaşı tamam oldu. Bilindiyi kimi Droqba qısa müddət ''Qalatasaray''ın da şərəfini qoruyub. Əslində son dönəmlərə qədər ''Qalatasaray'' ilə Droqba arasında münasibətlər çox yaxşı idi. Əfsanəvi forvard müsahibələrində tez-tez İstanbul nəhəngini, eləcə də Fatih Terimi tərifləyirdi. Amma son yaşanan olaydan sonra ''sarı-qırmızılar''da Droqbaya qarşı münasibət dəyişib. Söhbət onun Joze Mourinyonun tərəfini tutmasından gedir.

Məlum olduğu kimi İstanbul derbisinin ardından ''Qalatasaray'' cəbhəsi ''meymun kimi tullanırdılar'' sözünə görə ''Fənərbaxça''nın çalışdırıcısı Mourinyonu irqçilikdə günahlandırmışdı. Həmin vaxt ünlü portuqaliyalı mütəxəssisin başçılığı altında oynamış bir çox sabiq ulduzlar ona dəstək verdilər. Bunlardan biri də məhz Droqba oldu. O, öz səhifəsində paylaşım edərək Mourinyonu irqçi olmadığını vurğuladı. Görünür, məhz bu üzdən indi ''Qalatasaray'' Droqbanın ad gününü təbrik etməməyə üstünlük verib! Halbuki ''Cim-Bom'' ötən il martın 11-də sabiq futbolçusu üçün xüsusi ad günü təbriki paylaşımı etmişdi.

Maraqlıdı ki, Droqba öz hekayə bölümündə ona həsr olunan təbrikləri paylaşarkən ''Qalatasaray''ın məhz ötən ilki təbrikini paylaşıb. Ümumiyyətlə, Droqba Mourinyoya dəstək verməsi ilə bir çox ''Qalatasaray''lıların gözündən düşüb. Onların fikrincə, sabiq ulduz üçün ''Qalatasaray'' artıq heç bir əhəmiyyət kəsb etmir.

ƏLİ

Seçilən
1
football-plus.az

1Mənbələr