AZ

İstanbulda Türk Dövlətlərinin I Beynəlxalq Hüquq Konqresi keçiriləcək

Bakı, TurkicWorld

Mayın 13-14-də İstanbulda Türk Dövlətlərinin I Beynəlxalq Hüquq Konqresi baş tutacaq. Konqres türk dünyasının ortaq hüquq irsinin müəyyən edilməsi, hüquqi əməkdaşlığın gücləndirilməsi və gələcək islahatların formalaşdırılması məqsədi daşıyır.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Yeditəpə Universitetində keçiriləcək tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası (ŞKTC), Macarıstan və Türkmənistandan akademiklər, hüquqşünaslar və alimlər iştirak edəcəklər.

Eyni zamanda, Almaniya, İran, İraq, Çin və Kosovodan da qonaqlar gözlənilir.

Konqresdə əsas müzakirə ediləcək mövzular arasında qanunun aliliyi, ortaq hüquq təhsili, kibertəhlükəsizlik, məhkəmə əməkdaşlığı və Türk dövlətləri üçün ortaq arbitraj mərkəzinin yaradılması yer alır. Hədəf, türk dünyasında hüquqi inteqrasiyanı gücləndirmək və konkret layihələr üçün zəmin yaratmaqdır.

Konqresin fəxri prezidenti Yeditəpə Universitetinin qurucusu Bedrettin Dalan olacaq. Sədrliyi isə Prof. Dr. Feridun Yenisey, Prof. Dr. Yener Ünver və Ecem Elif Ünal edəcək.

Qeyd edək ki, konqresdə təqdim olunan məruzələr beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək və konqres kitabında dərc ediləcək. İştirakçılar isə sonda rəsmi sertifikat əldə edəcəklər.

Seçilən
19
turkic.world

1Mənbələr