Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsialtında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı iləBakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışlarınfürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini paneliclaslarla davam etdirir.
Trend xəbərverir ki, Belçikanın sabiq Baş naziri İv Letermin moderatorluğu iləkeçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması”adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının Başdirektoru Tedros Adhanom Qhebreyesus çıxış edəcək.
İclasda, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, TürkDövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri BinəliYıldırım, İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio,Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 62-cisessiyasının sədri, Makedoniya Respublikasının keçmiş xarici işlərnaziri Srgjan Kerim, Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiqxarici işlər naziri Amr Mussa, “Reinventing Bretton Woods”Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan, RenminUniversitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru VanqYiveinin çıxışları dinləniləcək.