
İsrailin baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Macarıstana rəsmi səfər edəcək.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Macarıstan baş naziri aparatının rəhbəri Qergeli Quliyaş deyib.
Xatırlanır ki, Macarıstan baş naziri Viktor Orban keçən ilin noyabr ayında Netanyahunu ölkəsinə səfərə dəvət edərək, Beynəlxalq Cinayət Məhkəməsinin İsrail baş nazirinin həbsinə dair orderinin icra olunmayacağına zəmanət verəcəyini demişdi.
"Səfərin tarixi müəyyənləşən kimi biz bunu elan edəcəyik - əlbəttə ki, bu halda çox vacib olan təhlükəsizlik aspektlərini nəzərə alaraq", - deyə Quliyaş əlavə edib.
ELÇİN