AZ

Çətin durumda olan son Azərbaycan vətəndaşının da ölkəyə qaytarılması ilə bağlı işlərimizi davam etdirəcəyik - Ceyhun Bayramov

Bakı. Trend:

Çətin durumda olan son Azərbaycan vətəndaşının da ölkəyəqaytarılması ilə bağlı işlərimizi davam etdirəcəyik.

Trend xəbər verir ki, bunu AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal BakıForumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Həm Suriyada, eyni zamanda, İraqda, digər münaqişə ərazilərindəçətin vəziyyətə düşmüş Azərbaycan Respublikası vətəndaşları iləbağlı qurumlararası daim fəaliyyət göstərən komissiyamövcuddur.

Oraya zamanında gedən insanlar var ki, onların ailə üzvləri hələdə həmin ərazilərdə qalır.

Orada Xarici İşlər Nazirliyi ilə yanaşı, 10-dan artıq dövlətqurumunun nümayəndələri iştirak edirlər. Digər həmkar, tərəfdaşdövlətlərlə birlikdə fəaliyyət göstərərək, həm Suriya ərazisində,həm də İraq ərazisində mütəmadi şəkildə bu işlər davam edir.

Bu müddət ərzində yüzlərlə qadın və uşaqların tapılması, onlarınölkəmizə qaytarılması fəaliyyəti həyata keçirilib. Çətin durumdaolan son Azərbaycan vətəndaşının da ölkəyə qaytarılması ilə bağlıişlərimizi davam etdirəcəyik", - nazir qeyd edib.

Seçilən
3
1
az.trend.az

2Mənbələr