“Rusiya ilə ABŞ arasında normal fikir mübadiləsi gedir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, Moskva ABŞ-ın gələcək birgə işlərdə Rusiyanın mövqeyini nəzərə alacağını gözləyir.
“Rusiya ilə ABŞ arasında sakit şəkildə normal fikir mübadiləsi gedir. Təklif olunan müvəqqəti atəşkəs Ukrayna hərbçiləri üçün möhlətdən başqa bir şey deyil. Amma Rusiya uzunmüddətli nizamlanmada maraqlıdır. Ukraynada dinc hərəkətləri təqlid edən addımlar heç kimə lazım deyil”, – Uşakov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az