Azərbaycan Basketbol Liqasında XVIII tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış matçında "Lənkəran" "Quba"nı qəbul edib. Oyun qonaq komandanın 95:86 hesablı qələbəsi ilə başa çatıb.
"Quba" B qrupunda 23 xalla 5-ci, meydan sahibləri 21 xalla sonuncu - 6-cıdır.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.