Kiyevdə güclü partlayış baş verib və həmin vaxt paytaxt səmasında parlaq bir obyekt müşahidə edilib.
QHT.az xəbər verir ki, internetdə yayılan videolarda bu obyektin meteorit ola biləcəyi ehtimal edilir. Alpha Centauri Telegram kanalı da bunun meteorit olduğunu iddia edir. Lakin hələlik rəsmi mənbələrdən bu barədə təsdiqlənmiş məlumat yoxdur və partlayışın həmin obyektlə əlaqəli olub-olmadığı məlum deyil.
Eyni zamanda, "Real Kyiv" Telegram kanalı Solomenski rayonunda hərbi avtomobilin partladığını və yanğının baş verdiyini bildirir. Bu partlayışın da səma hadisəsi ilə eyni vaxta təsadüf etdiyi qeyd olunur.
Beləliklə, hazırda Kiyev səmasında müşahidə edilən parlaq obyektin nə olduğu və yerüstü partlayışlarla əlaqəsi barədə rəsmi təsdiq yoxdur.
R.İmanov