1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması bir sıra sahələrdə göstərilən dəstəklərə mənfi təsir edəcək".
Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, ABŞ-nin ÜST-yə maliyyə dəstəyini qəflətən dayandırması çox sayda insanın sadə xidmətlərə çıxışını məhdudlaşdıracaq, ölümcül və yoluxucu xəstəliklərin dünyada yayılmasına, çox sayda insanın ölümünə səbəb olacaq.
"Biz ABŞ-yə müraciət edərək həll yolu tapılana qədər tərəfdaşlığı davam etdirməyə səsləyirik", - deyə o bildirib.
Aləmdə Nəsib