"Kobud bir misal var: qarşıqla verirsən, amma çömçə ilə istəyirsən. Sual olunur, məktəblərdə imtahana salınan suallara uyğun bilik və bacarıq verə bilirik? Bunlar nəzərə alınmalıdır. Gücümüz buna çatır, ona görə də sualları da qaşıqla istəməliyik”.
Yenisabah.az xəbər verir ki, bunu TV Musavat-a müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov deyib.
O bildirib ki, hazırda ölkə təhsilində ən ciddi problem repetitorluqla bağlıdır:
“Mən deyərdim ki, təhsilimizdə çox ciddi repetitorluq sistemi yaranıb. Doğrudur, dünyanın hər yerində repetitorluq var. Amma heç bir ölkədə belə geniş yayılmayıb.
Sanki paralel ikinci bir təhsil şəbəkəsi mövcuddur. Bu, bir tərəfdən, məktəbi, digər tərəfdən, müəllimi nüfuzdan salır. Uşaq sinifə getməlidir, dostu-yoldaşı olmalıdır. Repetitorluqda isə bunların heç biri yoxdur. Düşünürəm ki, təhsilin ən ciddi problemi repetitorluqdur. Bunun qarşısını cərimələrlə almaq mümkün deyil”.
Nazim Hacıyev
Telegram kanalımız