1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə bağlı cəzalarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, komitə 3 futbolçunu cəzalandırıb.
Görüşün 83-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan naxçıvanlıların yarımmüdafiəçisi Felipe Santos 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb, klubu 3000 manat cərimələnib.
"Qarabağ"dan isə Elvin Cəfərquliyev və Musa Qurbanlı həmin qalmaqal zamanı təcavüzkar davranışa cəhd etdikləri üçün 1-i şərti olmaqla 2 matçlıq sanksiya ilə üzləşiblər, "Qarabağ" 4000 manat cərimə olunub.
Hər 3 oyunçuya 3 ay sınaq təyin edilib.
Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması "Araz-Naxçıvan"ın daha 800 manat cərimələnməsinə səbəb olub.