"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün may ayında Macarıstanda, rəsmi Zirvə görüşünün isə Azərbaycanda keçirilməsi nəzərdə tutulub".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, hazırda bu tədbirə hazırlıq işləri aparılır:
"Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bu bizim ailə təşkilatımızdır və Azərbaycan burada hər zaman fəal iştirak edir. Təşkilatın Zirvə görüşünün rəsmi və qeyri-rəsmi olmaqla ildə iki dəfə keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Ötən il qeyri-rəsmi Zirvə görüşü Azərbaycanda, Şuşada keçirilmişdi və orada tarixi Qarabağ Bəyannaməsi qəbul edilmişdi. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsinin may ayında Macarıstanda, rəsmi zirvənin isə Azərbaycanda keçirilməsi nəzərdə tutulub. İndi bu istiqamətdə çox fəal hazırlıq işləri aparılır".