AZ

Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir - ARTOC direktoru

Bakı. Trend:

Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masasıarxasına əyləşməlidir.

Trend xəbərverir ki, bunu ARTOC investisiyalar və inkişaf üzrə qrupunundirektoru Şafiq Qabr Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumuçərçivəsində bildirib.

O bildirib ki, dünya artıq sayları 30-u keçən mövcudmünaqişələri dayandırmasa və danışıqlar dərhal başlanılmasa,texnologiyaların inkişafı yaxın gələcəkdə onların həllini,ümumiyyətlə, mümkünsüz edə bilər.

“İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalqinstitutlar, artıq öz funksiyalarını yerinə yetirmirlər. Əgərsiyasi və iqtisadi liderlər, analitik mərkəzlər və ekspertlərqətiyyətli və sistemli addımlar atmasalar, dünya qanununaliliyindən gücün aliliyinə doğru yuvarlanmağa davam edəcək”, -deyə Ş.Qabr bildirib.

Onun sözlərinə görə, hazırda “yumşaq qüvvənin” tənəzzülü və“sərt qüvvənin” yüksəlişi müşahidə olunur.

“Bizdə BMT-nin Təhlükəsizlik Şurası var, amma axı niyə İkinciDünya Müharibəsinin üzərindən bu qədər illərin keçməsinəbaxmayaraq, hələ də bəzi ölkələr veto hüququn qoruyub saxlayır? Axıniyə güclü dövlətlər səylərini birləşdirə və demokratik səsverməəsasında həllərə təşviq edə bilmirlər – səsvermə əsasında, oprinsiplə yox ki, bir ölkə qalan yüz doxsan ölkənin iradəsiniəngəlləsin”, - deyə Ş.Qabr ritorik sual verib.

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr