1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tedros Qabreyesus Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına qarşı qaldırdığı iddialara cavab verib.
Oxu.Az xəbər verir ki, XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" mövzusunda paneldə bu barədə danışarkən deyib ki, ABŞ islahatlar istəyirsə, buna hazırdırlar.
Ödənişlərlə əlaqədar məsələyə toxunan T.Qabreyesus deyib ki, ÜST bir və ya bir neçə donordan asılı olmaq istəmir:
"ABŞ təşkilatda qalıb donor bazasını genişləndirməkdə bizə dəstək olmalıdır. COVID-19 pandemiyası ilə bağlı biz əlimizdən gələni etmişik. Biz ABŞ və digər tərəfdaşlarla əməkdaşlığa davam etmək, birlikdə çalışaraq sistemi dəyişmək istəyirik".
Aləmdə Nəsib