AZ

Kreml rəsmən açıqladı: Bu şəhərlər Ukraynaya qaytarılmayacaq

Moskva dialoq başlamazdan əvvəl Rusiyanın Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarla bağlı mövqeyini açıqlamağı tez hesab edir.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Zelenskinin Kiyevin danışıqlardan sonra ərazilərin itirilməsini tanımayacağı ilə bağlı açıqlamasına münasibət bildirən Peskov belə deyib: "Qulaq asın, Krım, Sevastopol, Xerson, Zaporojye, Donetsk, Luqansk Rusiya Federasiyasının bölgələridir. Bu, Rusiya Federasiyasının Konstitusiyasında qeyd olunub. Bu faktdır".

Rusiya liderinin mətbuat katibi Rusiyanın Ukrayna ilə bağlı tələblər siyahısını ABŞ-a verdiyi ilə bağlı iddianı şərh etməkdən imtina edib.

Ümumiyyətlə, tərəflərin mövqeləri məsələsinə gəlincə, bu danışıqlara başlamazdan əvvəl Peskov göyləri silkələməməyə və bu barədə açıq danışmamağa çağırıb.

Seçilən
5
publika.az

1Mənbələr