AZ

Fransa Rusiyanın aktivlərinin müsadirə edilməsi haqqında qətnaməni təsdiqləyib

Martın 12-də Fransa Milli Assambleyası Ukraynaya yardımın artırılmasına dair qətnaməni təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qətnamədə digər məsələlərlə yanaşı Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi də nəzərdə tutulub.

Milli Assambleyanın spikeri Yael Braun Pive bildirib ki, 288 deputat sənədin lehinə, 54-ü əleyhinə səs verib.

Fevralın sonunda Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Rusiya aktivlərinin müsadirəsi mümkün deyil, çünki bu, beynəlxalq hüquqa ziddir.

Daha sonra o, Maliyyə Nazirliyinə belə bir qərarın mümkün nəticələrini öyrənməyi tapşırıb.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Aİ və G7 ölkələri Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını, təxminən 300 milyard avronu dondurub.

Bunlardan 200 milyarddan çoxu Avropa İttifaqında, əsasən dünyanın ən böyük klirinq və hesablaşma sistemlərindən biri olan Belçika Euroclear-ın hesablarındadır.

Seçilən
16
operativmm.az

1Mənbələr