Azərbaycan Basketbol Liqasında XVIII tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Açılış matçında "Lənkəran" "Quba"nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 95:86.
"Quba" B qrupunda 23 xalla beşinci, meydan sahibləri 21 xalla sonuncu - altıncıdır.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.