İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqə zərbə endirildiyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə İsrail MN məlumat yayıb.
İsrailin müdafiə naziri İsrael Katz da HərbiHava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqdə hava hücumu həyata keçirdiyini təsdiqləyib.
Katz bildirib ki, Suriyanın yeni hökumətinin fəaliyyəti İsraili təhdid edərsə, HHQ-nin
təyyarələri hədəfləri vuracaq.
Suriyanın dövlət xəbər agentliyininverdiyi məlumata görə, İsrail təyyarələri Dəməşqdə bir binanı hədəf alıb.
Suriyanın iki təhlükəsizlik mənbəsi isə “Reuters”ə hədəfin fələstinli şəxsin olduğunu bildirib.
15:27
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Suriya təhlükəsizlik mənbəsi Reuters-ə bildirib ki, İsrail hava hücumu Dəməşqin kənarında bir fələstinli şəxsi hədəf alıb.