İngiltərənin məşhur komediya klublarından Top Secret Comedy Club, botoks etdirən qonaqları qəbul etməməyə qərar verdi.
News24.az xəbər verir ki, səhnəyə çıxan komediya ifaçılarının reaksiyasız üzlərdən şikayət etməsi nəticəsində məkan "ifadə testi" ilə giriş tətbiq etməyə başlayıb.
Londonda "Drury Lane" və "Kingsway"də filialları olan klub ölkənin prestijli məkanlarından biridir. Lakin "The Independent"də yer alan xəbərə görə, son dövrlərdə "stand-up" sənətçilərindən gələn şikayətlər klubun radikal bir addım atmasına səbəb olub.
Məkanın sahibi Mark Rothman botoks etdirmiş tamaşaçıların səhnədəki komediyaçı ilə əlaqə qura bilmədiyini və mühitin enerjisinin aşağı düşdüyünü bildirərək bu açıqlamanı verib: "Komediya ustalarımız reaksiyasız üzlərə zarafat etməkdən bezdi. Üz ifadələri komediyanın ən vacib elementlərindən biridir. İnsanların gülməsini, qaşlarını çatmasını, dodaqlarını büzməsini görmək istəyirik, amma botoks səbəbindən izləyicinin reaksiyasını anlamaq mümkün olmur".
5 martdan etibarən kluba giriş etmək istəyənlər pasport yoxlamasından əlavə, botoks testi üçün xüsusi olaraq təlim keçmiş qapı işçiləri tərəfindən "ifadə testi"ndən keçirilməlidir.
Mark Rothman qərarın qəti olduğunu vurğulayıb və "Əgər təəccübləndinizsə, bunu görməliyik!" deyə zarafatla xəbərdarlıq edib.
Aynurə