AZ

ABŞ Ukraynaya hərbi yardımı bərpa etdi - Ağ evdən açıqlama

Ukraynanın 30 günlük atəşkəsi qəbul etməsindən sonra ABŞ bu ölkəyə hərbi yardım və kəşfiyyat dəstəyini yenidən başlatdığını açıqlayıb.

 

Sfera.az "Haber7.com"a istinadən xəbər verir ki, ABŞ-nin Milli Təhlükəsizlik Şurasının (NSC) sözçüsü Ceyms Hyuittinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Ukrayna görüşlərində mühüm irəliləyiş əldə olunub və bu qərar həmin görüşlərin nəticəsində verilib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, Vitse-prezident JD Vans və Ukrayna Prezidenti Volodimir Zelenski arasında 28 fevralda Oval kabinetdə keçirilən görüşdən sonra Ukraynaya hərbi yardım müvəqqəti dayandırılmışdı. 

 


Bəsti Rəfizadə

Seçilən
15
sfera.az

1Mənbələr