AZ

Qırğızıstan və Tacikistan münasibətlərində mühüm hadisə: iki ölkə liderləri…

Qırğızıstan və Tacikistan liderləri Sadır Japarov və Emoməli Rəhmon respublikalar arasında dövlət sərhədi haqqında saziş imzalayıblar.

Bildirilir ki, mühüm sazişin imzalanma mərasimi Tacikistan liderinin Qırğızıstana dövlət səfəri çərçivəsində Bişkekdə baş tutub.

Müqavilənin imzalanması “İntımak-Ordo” sarayında baş tutub. Bundan sonra iki respublikanın sərhədindəki keçid məntəqəsinin açılış mərasimi başlayıb. Açılış mərasimində iki ölkənin liderləri videobağlantı vasitəsilə iştirak edəcəklər. Qeyd edək ki, sazişin imzalanması iki ölkə arasında münasibətlərdə mühüm mərhələyə çevrilməlidir. Uzun illər Qırğızıstan və Tacikistan arasında sərhəddə vəziyyət qeyri-müəyyən olaraq qalırdı ki, bu da müntəzəm münaqişələrə səbəb olur və dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına mane olurdu. İndi sərhəd rəsmi olaraq demarkasiya olunub və tərəflər bəzi mübahisəli əraziləri mübadilə ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr