1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tehran və Vaşinqton təmas saxlayır və vasitəçilərin köməyi ilə İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparır.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı məlumat verib.
"Bizim nüvə məsələləri üzrə mümkün danışıqlar üçün planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilərin köməyi ilə davam etdirilir və üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa) ilə də qarşılıqlı münasibət kanalı saxlanılır", - deyə Abbas Əraqçı vurğulayıb.
O əlavə edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və onun baş direktoru Rafael Qrossi ilə əməkdaşlıq edir.