AZ

Tramp bu məşhur türkiyəli xanıma vəzifə verir

ABŞ prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləcək şəxslərin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Məlumata görə, irəli sürülən isimlər arasında türkiyəli məşhur ürək cərrahı Mehmet Özün bacısı Seval Özün də adı var. O, ABŞ nəqliyyat nazirinin müavini vəzifəsinə namizəd göstərilib.

Seval Öz Massaçusets Texnologiya İnstitutunda (MIT) elektronika təhsili alıb. O, daha əvvəl “Google” və avtomobil nəhəngi “Continental”-da yüksək vəzifələrdə çalışıb.

Seçilən
3
publika.az

1Mənbələr