AZ

Zaqatalada inkassator avtomobilinin iştirakı ilə qəza olub, ölən və xəsarət alanlar var - FOTO

Zaqatalada yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.

"Mercedes", "Niva" markalı minik avtomobilləri və "Ford" markalı inkassatorun toqquşması nəticəsində bir nəfər - "Niva"-nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb.

Bir neçə nəfərin isə yaralandığı bildirilir. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada Zaqatalada
Seçilən
3
1
apa.az

2Mənbələr