AZ

"Əminəm ki, üçgündənbir oynaya bilərəm" - 39 yaşlı Modriç

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç sıx qrafiklə oynamaqla bağlı hər hansı probleminin olmadığını bəyan edib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı xorvat futbolçunun sözlərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Əminəm ki, üçgündənbir oynaya bilərəm. Amma qərarı Karlo Ançelotti verir... Özümü yetərincə yaxşı hiss edirəm. Buna görə də ardıcıl olaraq, iki, üç və ya daha artıq matçda meydanda olmaq mənim üçün problem deyil. Özümü əla hiss edirəm və komandama kömək etməyə hazıram".

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr