AZ

Fransa ordusu təlim üçün İsveçrə təyyarəsini seçib

Fransa İsveçrənin Pilatus şirkətinin PC-7 MKX təlim təyyarəsini Fransa Hərbi Hava Qüvvələrinin pilotlarının əsas hazırlığı üçün yeni platforma kimi seçib.

Herbiand.az bildirir ki, sifarişə qismən Fransa sənayesi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 22 təyyarə və yerüstü sistem daxildir.

Pilatus həmçinin simulyatorlar, kompüter əsaslı təlim sistemləri və digər əlavə avadanlıqlar da təmin edəcək. Təyyarənin 2027-ci ildə təhvil verilməsi ilə hərbi pilotların əsas təlimi üçün istifadə ediləcəyi gözlənilir.

Təyyarə ilkin mərhələlərdən ideal öyrənmə mühitini təmin edən intuitiv avionika sistemi ilə təchiz olunub. Maksimal sürəti 555 km/saat, uzunluğu 10,26 metr, hündürlüyü 3,26 metrdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr