AZ

Mikel Arteta: “Arsenal” ÇL-də daha artığına qadirdir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/8 finalının PSV ilə cavab oyununu (2:2) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz ardıcıl ikinci mövsümdür ki, Çempionlar Liqasının çərək finalına çıxırıq. Biz xoşbəxtik.

Oyuna yaxşı başladıq, qol vurduq, iki dəfə hesabda öndə idik, amma təəssüf ki qələbəni qoruyub-saxlaya bilmədik. İkinci hissədə oyunçular yorğun görünürdülər. Bunca çoxlu dəyişiklik edəndə, komandada oyun adətkarlığı əskik olur.

Bu, niyə vacibdir? Çünki biz qalib gəlmək istəyirik. Qalib gəlmək üçün isə bütün mərhələləri keçmək gərəkdir. Çünki həm də kluba bu gərəkdir.

Biz, ən yaxşı olmaq istəyən və dünyanın ən yaxşı klubları ilə rəqabət aparmaq istəyən komandayıq. Bunun üçün isə müntəzəm surətdə özünü göstərmək gərəkdir Bu isə çox çətindir. Ancaq biz ardıcıl ikinci ildir ki, çərək finala çıxırıq. Bizim, daha artığına müvəffəq olmaq üçün bütün imkanlarımız var”, deyə Mikel Arteta vurğulayıb.

Səfərdəki ilk oyunda 7:1 hesablı qələbə qazanmış “Arsenal” ümumi hesabda (9:3) cütün qalibi olaraq, Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb. “Arsenal” bu mərhələdə İspaniya nəhəngi “Real”la qarşılaşacaq. PSV isə ümidlərini növbəti mövsümə bağlamalı olub.

Seçilən
3
arena.az

1Mənbələr