AZ

Azərbaycanlı jurnalist Şəms İsmailzadə azadlığa buraxılıb

Azərbaycanlı

Azərbaycanlı jurnalist və aylıq “Azər Tribune” jurnalının baş redaktoru Şəms İsmailzadə doqquz aylıq həbsdən sonra 2025-cü il martın 11-i çərşənbə axşamı Təbriz zindanından azad edilib.

Gunaz.tv

O, İran parlament seçkilərində boş seçki məntəqələri haqqında xəbərlər və video hazırladığına və seçkilərdə 20 faizdən az aktivliyin olduğunu bildirdiyinə görə ittihamlarla üzləşmişdi. İsmailzadə yayımladığı xəbərdə Əli Xameneinin seçkilərdə 50 faizdən az aktivliyi olan hökumətlərin qeyri-legitimliyi haqqında bəyanatını da xatırlatmışdı.

Bu azərbaycanlı jurnalist "qruplaşmaya üzv olmaq" və "rejim əleyhinə təbliğat aparmaq" ittihamları ilə mühakimə olunub və 9 ay həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, Şəms İsmailzadə bundan əvvəl, 2022 etirazları zamanı özünün İnstaqram səhifəsində eyləmlərə çağırış etdiyinə görə həbs edilmiş və 9 ay həbs cəzasına məhkum edilmişdi.

Seçilən
2
1
xalqcebhesi.az

2Mənbələr