AZ

Suriyada milli təhlükəsizlik şurası formalaşdırıb

Suriya prezidenti Əhməd əş-Şaraa ölkənin keçid dövrü üçün milli təhlükəsizlik şurasını formalaşdırıb.

Editor.az xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanasının bəyanatında deyilir. “Dövlət maraqları naminə, qarşıdakı dövrdə milli təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə Prezident… təhlükəsizlik və siyasi məsələləri idarə etmək üçün Milli Təhlükəsizlik Şurası yaradıb” – bəyanatda bildirilir.

Yeni hökumət orqanına Xarici İşlər Nazirliyinin rəhbəri, müdafiə naziri, Baş Kəşfiyyatın direktoru, Daxili İşlər Nazirliyinin rəhbəri və iki müşavir daxil olub və ona ölkə prezidentinin özü rəhbərlik edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr