Azərbaycan idmançısı Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U23 Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Orada 53 kq çəki dərəcəsində mübarizə aparan Elnurə Məmmədovanın Avropa çempionu statusu aldığı bildirilir.
Final görüşündə Məmmədova rusiyalı Yekaterina Karpuşkina ilə qarşılaşıb. Azərbaycan idmançısı rəqibi üzərində 3:0 hesabı ilə qalib gələrək yüksək səviyyəli medal qazanıb.
Qeyd edək ki, qadın yığmamız komanda hesabında 4-cü olub. 89 xal toplayan millimiz Türkiyə (144), Ukrayna (127) və Polşadan (93) geri qalıb.
Almaz Həsənli