AZ

Növbəti mərhələdə Bakı İrəvandan ərazi bütövlüyünə dair iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırmasını gözləyir - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Növbəti mərhələdə Bakı İrəvandan ərazi bütövlüyünə dair iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırmasını gözləyir.

TurkicWorld xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun", - o bildirib.

Onun sözlərinə görə, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təsisatlarının da ləğv olunması vacib amildir.

Seçilən
2
2
turkic.world

4Mənbələr