İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə hücum edib.
Turkustan.az xəbər verir ki, Reuters-in Suriya təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail təyyarələri yerli vaxtla saat 13:45-də Masro Dummar ərazisindəki binanı vurub. Hücumda İslami Cihad Qərargahının hədəf alındığı iddia edilib.
Hücum çərçivəsində iki güclü partlayış səsi eşidilib və hədəf alınan binadan tüstü qalxıb.
İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az