AZ

Yaşar Gülər İngiltərənin müdafiə naziri Healey ilə görüşüb

Bakı, TurkicWorld

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Böyük Britaniyanın müdafiə naziri Con Healey ilə görüş keçirib. İkitərəfli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Nazir Gülər britaniyalı həmkarını Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.

Daha sonra hər iki nazir arasında görüş baş tutub və tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin Türkiyə Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və Böyük Britaniya Baş Qərargah rəisi, admiral Entoni Devid Radakin də iştirak ediblər. Nümayəndə heyətləri arasında geniş müzakirələr aparılıb.

Seçilən
5
turkic.world

1Mənbələr