AZ

Qlobal Bakı Forumu gələcəyə baxışın formalaşmasında mühüm rol oynayır - Harri Ceykobs

Bakı. Trend:

Qlobal Bakı Forumu gələcəyə baxışın formalaşmasında mühüm roloynayır.

Bunu Trend-ə bu gün Dünya İncəsənət və Elmlər Akademiyasınınprezidenti Harri Ceykobs Bakıda keçiriləcək XII Qlobal Bakı Forumuçərçivəsində deyib.

"Forumda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün əsasəhəmiyyət kəsb edir. Görkəmli ekspertlər öz fikir və təkliflərinibölüşmək üçün buraya toplaşıblar. Bu, mənim Bakı Forumuna altıncısəfərimdir və gələcəyə baxışımızın formalaşmasında mühüm roloynayır", - o bildirib.

Q.Ceykobs qeyd edib ki, forum tarixin dönüş nöqtəsindəkeçirilir.

"Burada imkanlardan istifadə etmək və çağırışlara cavab verməküçün nə etmək lazım olduğunu anlamağa çalışan insanlar var.Dəyişiklik çox tez baş verdikdə, qeyri-sabitlik yaranır - sözdəturbulentlik", - o bildirib.

Onun sözlərinə görə, dəyişikliklərin sürəti institutların vəideyaların uyğunlaşma qabiliyyətini üstələyir. Bu, hər şeyə -xarici siyasətə, beynəlxalq təşkilatlara, iqtisadi, siyasi vəekoloji münasibətlərə yeni yanaşma tələb edir.

Məqalədə:
Seçilən
23
1
az.trend.az

2Mənbələr