AZ

Ağayev qədər təyinat alan, Umudlu qədər “sarı” verən yoxdur

Azərbaycan Premyer Liqasında bu mövsüm oyunlara ən çox təyinat alan hakim Əliyar Ağayevdir.

Futbolpress.az-ın məlumatına görə, FIFA referisi 17 oyunda iş başında olub. O, bu görüşlərdə 56 sarı, 1 qırmızı vərəqə göstərib. Ağayev 2 dəfə də penalti qərarı verib.

Oyun sayında ikinci sırada İnqilab Məmmədov yer alır. O, 15 görüşdə idarəçilik edib. Məmmədov 65 sarı vərəqə göstərib, 4 dəfə penalti təyin edib.

“Üçlüy”ü Rəvan Həmzəzadə tamamlayır. 14 oyunda iş başında olan referi 47 sarı, 2 qırmızı vərəqədən istifadə edib. Həmzəzadə 1 dəfə də penalti qərarı verib.

26 turda ən çox sarı vərəqədən istifadə edən isə Kamal Umudludur. O, 14 oyunda 66 dəfə “sarı”ya əl atıb. 1 qırmızı vərəqə göstərən Umudlu 2 dəfə də penalti təyin edib.

Çempionatda ən çox “11 metrə” qərarı verən isə Fərid Hacıyevdir. Bu mövsüm 8 oyun idarə edən hakim 5 dəfə penalti təyin edib.

Şahin Cəfərov

Seçilən
13
futbolpress.az

1Mənbələr